"Turan Tovuz" - "Qəbələ": Üçüncü duel

19:37 - 10 Mart 2023

Sabah Misli Premyer Liqasında XXVI tura start veriləcək.

Sportal.az xəbər verir ki, "Qəbələ” turun ikinci günündə meydana çıxacaq. Elmar Baxşıyevin yetirmələri səfərdə "Turan Tovuz"la görüşəcək. Bu, iki komanda arasında üçüncü qarşılaşma olacaq.

Əvvəlki görüşlər cari mövsüm Premyer Liqa çərçivəsində baş tutub. “Qırmızı-qaralar” mövsümün ilk turunda Tovuzda rəqibini 2:0 hesabı ilə məğlub edib. 2022-ci ilin son turuna təsadüf edən Qəbələdəki matçda qolsuz heç-heçə qeydə alınmayıb. Hesabında qələbə və heç-heçə olan “Qəbələ” 2 top vurub və qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, martın 11-də Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.

2022/23 mövsümü

08.08.2022. Premyer Liqa. “Turan Tovuz” – “Qəbələ” – 0:2

İsnik Alimi, 58 (p.); Rafael Utziq, 63

24.12.2022. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 0:0 

("Qəbələ"nin rəsmi saytı")

Xəbər xətti