"Qarabağ"a qarşı çox yaxşı oynadıq"

22:48 - 10 Mart 2023

"Qarabağ"la matçımız maraqlı alınmışdı. Həmin oyunu unudub, qarşıdakı görüşə köklənmişik. Kollektivdə hər şey yaxşıdır. "Qarabağ"ın gücü hamıya bəllidi. Məncə, onlara qarşı çox yaxşı oynadıq. Qol imkanlarından istifadə etsəydik, nəticə belə olmazdı. Qapımıza iki penalti verildi. Hər ikisi haqlı qərarlar idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

Bölgə klubunun futboolçusu Misli Premyer Liqasının 26-cı turunun "Turan Tovuz"a qarşı keçiriləcək görüşü haqda da danışıb:

"Turan Tovuz" maraqlı komandadır. Evdə çox yaxşı oynayırlar. Biz də yaxşı hazırlaşmışıq. Tovuzdakı matçda qələbə üçün oynayacağıq. İlk dövrədə səfərdə qalib gəlmişdik. Həmin oyundan sonra onlar da inkişaf edib, biz də. Avrokuboklara ölkə kubokundan, ya da çempionatdan yollanmağımızın fərqi yoxdur. Əsas odur ki, avrokuboklara yollanaq. Bunu etmək üçün əlimizdən gələni edəcəyik".

Mirbağırağa

Xəbər xətti