Kadi Borges "Dinamo"ya 2 qol vurdu

22:26 - 11 Mart 2023

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Kadi Borgesin formasını geyindiyi "Krasnodar" doğma meydanda Moskva "Dinamo"sunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kadi Borges də bu görüşün iştirakçısı olub. Braziliyalı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk iki qolunun müəllifi olub.

Xallarını 29-a yüksəldən "Krasnodar" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Krasnodar" Kadi Borgesi qış transfer pəncərəsi zamanı "Qarabağ"dan heyətinə qatıb.

Xəbər xətti