"Qəbələ" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç heçə edib.
"Qırmızı-qaralar"ın futbolçusu Rövlan Muradov matçdan sonra Sportal.az saytına açıqlama verib. 25 yaşlı yarımmüdafiəçi istədikləri nəticəni əldə edə bilmədiklərini deyib:
"Bilirdik ki, ağır oyun olacaq. Çünki, "Turan Tovuz" öz meydanında çox yaxşı çıxış edir. Qalib gəlmək istəyirdik. Təəssüf ki, bəxtsizlikdən qələbə qazana bilmədik. Qapımıza penalti təyin olundu. Düzdür, bundan sonra komanda ayıldı. Amma istədiyimiz nəticəni əldə edə bilmədik. Futbolun bəzəyi azarkeşlərdir. Onların qarşısında oynamaq hər zaman bizə motivasiya verir.
Rövlan Muradov milli komanda ilə bağlı da danışıb. O, Canni De Byazidən təklif gözlədiyini bildirib:
"Performansımdan tam razı deyiləm. Amma millidə oynamaq hər futbolçu üçün şərəf olmalıdır. Yığmadan təklif gözləyirəm, çağırışa hazıram".
Elçin Əlixan
saytlarin hazirlanmasi