"Qarabağ"dan "Qalatasaray" matçı haqda paylaşım: "Yoldaşlıq deyil, qardaşlıq oyunu" - FOTO

14:17 - 14 Mart 2023

"Qarabağ"ın "Qalatasaray"la yoldaşlıq görüşündə üz-üzə gələcəyi təsdiqlənib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəsmi feysbuk səhifəsində matçla bağlı paylaşım edilib. 

Qarşılaşma martın 26-ı Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək. 

Klub matçla bağlı paylaşımını bu cür edib: "Yoldaşlıq deyil, qardaşlıq oyunu".

Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xəbər xətti