Mahir Emreli "Qalatasaray"la matçdan öncə jurnalistlərin qarşısına çıxacaq

19:52 - 14 Mart 2023

"Konyaspor"da çıxış edən Mahir Emreli Türkiyə mediasının qarşısına çıxacaq.

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" Super Liqanın 25-ci turunun "Qalatasaray"la matçının hazırlıqlarını davam etdirir. Sabah Konya təmsilçisinin məşqindən öncə baş məşqçi Aleksandr Stanoyeviç və Mahir Emreli jurnalistlərin suallarını cavablandıracaq.

"Konyaspor" Azərbaycan millisinin üzvünü Zaqreb "Dinamo"sundan icarəyə götürüb. 26 yaşlı forvard Türkiyə çempionatının 23-cü turunun "Giresunspor"la görüşündə 58 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" qarşılaşması 17 mart tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti