"Qarabağ"a keçəcəyi gözlənilən forvard ABŞ klubu ilə anlaşdı

22:18 - 14 Mart 2023

"Ferentsvaroş"un hücumçusu Frank Boli ABŞ-da çıxış edəcək.

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu “Portland”la anlaşıb.

Mərkəz hücumçusu bu il dekabrın 31-nə qədər ABŞ klubuna məxsus olacaq.

Afrikalı hücumçunun qışda “Qarabağ”a keçəcəyi məlumatları yayılmışdı.

Ağdam klubunun Kvabena Ovusunu “Ferentsvaroş”a satdıqdan sonra Bolini heyətinə qatacağı gözlənilirdi.

Xəbər xətti