Qurban Qurbanov: "Qalatasaray"la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürə bilərik"

22:46 - 14 Mart 2023

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Qurbanov "ARB 24"ə açıqlamasında heyətlə bağlı problemləri olacağına görə, Premyer Liqada mübarizə aparan digər klublardan məhz bu matç üçün futbolçu dəvət edə biləcəklərini bildirib:

"Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, "Qalatasaray"la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək. Bunun üçün klublardan xahiş edə bilərik. Yəni, hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaq, onun üçün edəcəyik. Razılıq versələr, dəyişiklik mümkündür".

Mirbağırağa

Xəbər xətti