Millimizin üzvü Almaniyada qol vurdu

10:25 - 15 Mart 2023

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" Almaniya üçüncü Bundesliqasında 27-ci turun oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Aue klubu "Zviçkau"nun qonağı olub və 2:0 qalib gəlib.

Start heyətində meydana çıxan Nazarov 84-cü dəqiqədə əvəzlənib. Millimizin yarımmüdafiəçisi 62-ci dəqiqədə komandasının ilk qolunu vurub. 

"Erzgebirge Aue" hazırda 36 xalla 11-ci pillədədir. 

Xəbər xətti