"Qalatasaray" Bakıya bu tarixdə gələcək

10:39 - 15 Mart 2023

Məlum olduğu kimi, "Qarabağ" martın 26-da "Qalatasaray"la xeyriyyə matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Türkiyə nəhənginin Bakıya səfərinin təşkili üçün bir neçə şirkət çalışır.

İstanbul təmsilçisinin paytaxtımıza səfərinin təşkilində yer alan şirkətlərdən biri də "Can Sport"dur. "Qarabağ"ın sabiq əməkdaşı Nurlan İbrahimovun rəhbərlik etdiyi şirkət komandanın məskunlaşması işini öz üzərinə götürüb. Əlavə edək ki, İbrahimova məxsus olan "Can Sport" özünə aid olan məsələni "Qalatasaray" üçün təmənnasız yerinə yetirəcək. 

Məlumata görə, Okan Burukun rəhbərlik etdiyi komanda martın 25-də Bakıya gələcək. "Qalatasaray"ın Azərbaycana böyük qafilə ilə gələcəyi gözlənilir.
 

Xəbər xətti