"Qarabağ" - "Qalatasaray" matçının biletləri sabah satışa çıxarılacaq

12:33 - 15 Mart 2023

"Qarabağ" və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Görüş martın 26-ı saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti