"Qalatasaray"ın qələbə seriyasına son verə bilərik"

14:06 - 15 Mart 2023

"Konyaspor"un azərbaycanlı hücumçusu Mahir Emrəli Türkiyə mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, forvard Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"a qarşı keçiriləcək oyundan gözləntilərini bildirib:

"Biz bütün diqqətimizi oyuna yönəltmişik. Rəqibimizi yaxşı tanıyırıq. Onların 14 oyunluq qələbə seriyası var. "Qalatasaray" Superliqada turnir cədvəlinə başçılıq edir. Amma biz "Qalatasaray"ın qələbə seriyasına son verə bilərik. Ümid edirəm ki, həmin seriya elə bu həftə Konyada başa çatacaq".

"Konyaspor" - "Qalatasaray" qarşılaşması martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti