"Qarabağ" - "Qalatasaray" matçına ilk gündə bu qədər bilet satıldı

12:56 - 16 Mart 2023

"Qarabağ" martın 26-da “Qalatasaray”la xeyriyyə matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlər bu gün satışa çıxarılıb.

Saytımıza verilən məlumata görə, artıq 25 min bilet satılıb.

Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 69, 870 nəfərdir. Oyun günü stadionun tam dolacağı ehtimal edilir.

Qarşılaşma martın 26-ı saat 20:00-da oynanılacaq.
 

Xəbər xətti