"Qarabağ" - "Qalatasaray" matçını idarə edəcək baş hakimin adı bəlli oldu

13:18 - 16 Mart 2023

Martın 26-da xeyriyyə matçında üz-üzə gələcək "Qarabağ" - "Qalatasaray" görüşünün baş hakimi bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Əliyar Ağayevə tapşırılıb.

Onun köməkçilərinin adı isə hələ ki, dəqiqləşməyib. 

Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-ı Bakı Olimpiya Stadionunda saat 20:00-da başlanacaq.

Xəbər xətti