Mahir Emrelinin komandası "Qalatasaray"a qarşı

10:40 - 17 Mart 2023

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Emrelinin komandası 26-cı tur çərçivəsində "Qalatasaray"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

"Qalatasaray" hazırda 60 xalla turnir cədvəlinin lideridir. "Konyaspor" isə 31 xalla 8-ci pillədədir. 

 

Xəbər xətti