"Beşiktaş"ın baş məşqçisi legioneri komandadan uzaqlaşdırdı

21:42 - 17 Mart 2023

“Beşiktaş”ın yarımmüdafiəçisi Dele Alli komandadan uzaqlaşdırılıb.

Sportal.az “Takvim”ə istinadən xəbər verir ki, ingilis futbolçu ilə İstanbul klubunun baş məşqçisi Şenol Günəş arasında mübahisə yaranıb.

Günəş də 26 yaşlı yarımmüdafiəçini əsas komandadan uzaqlaşdırıb. Bununla yanaşı, təcrübəli mütəxəssis futbolçuya icarə müddəti bitənə qədər meydana buraxmayacağını Alli "Everton"a məxsusdur.

İngiltərə millisinin sabiq üzvü 2023-cü il iyunun 30-da “Beşiktaş”la icarə müddəti başa çatacaq.
 

Xəbər xətti