Kökçü oynadı, komandası bərabərə qaldı

10:30 - 18 Mart 2023

Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" "AZ Alkmaar"ın gənclərdən ibarət komandasının qonağı olub.

Matç 1:1 hesabı ilə yekunlaşıb.

Kökçü meydana 56-cı dəqiqədə çıxıb. Hazırda onun komandası 47 xalla 6-cı pillədədir.

Xəbər xətti