Dünya çempionu "Qalatasaray"ın məşqçisi ola bilər

19:53 - 22 Mart 2023

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda müqaviləsi başa çatan Xuan Mata ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" İspaniya millisi ilə dünya çempionu olmuş 34 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir. Amma futbolçu kimi yox. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk təcrübəli futbolçunun məşqçi olaraq davam etməsini istəyir. Rəhbərlik ispaniyalı oyunçuya bununla bağlı təklif edəcək.

Qeyd edək ki, Xuan Mata "Qalatasaray"a mövsümün əvvəlində keçib. O, komandanın heyətində meydana çıxdığı 14 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti