"Barselona"nın futbolçusu "El Klasiko"da oynamayacaq

22:37 - 22 Mart 2023

"Barselona"nın futbolçusu Pedri aprelin 5-də İspaniya Kral Kubokunda "Real"a qarşı oyunu buraxacaq. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi omba zədəsini sağaltmayıb. Əvvəlcə futbolçunun martın 19-da keçiriləcək "El Klassikoda" iştirak edəcəyi güman edilsə də, matça bir neçə gün qalmış onun ağrıları başlayıb.

Kataloniya klubu Pedriyə tam sağalmaq imkanı vermək niyyətində olduğu üçün yarımmüdafiəçinin məşqlərə bir müddət qatılmamaq üçün zaman tanıyıb.

Xəbər xətti