AFFA "Qarabağ"ın daha bir futbolçusunu milliləşdirir

19:59 - 27 Mart 2023

AFFA "Qarabağ"ın daha bir futbolçusunu milliləşdirməyi planlaşdırır.

Sportal.az fanat.az-a istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin 31 yaşlı legioneri Abdullah Zubirdir.

Bu yay Azərbaycanda oynamasının 5 ili tamam olacaq futbolçunun özü də yığmanın formasını geyinməyin əleyhinə deyil. Düzdür, hazırda bu yöndə konkret addım atılmayıb. Lakin xüsusi nəsə baş verməsə, Mərakeş əsilli fransalını milli formada görəcəyik.

Qeyd edək ki, Zubir 2018-ci ilin iyunundan "Qarabağ"ın uğurları üçün çalışır.

Xəbər xətti