"Qarabağ" "Qalatasaray"a cavab verdi

15:35 - 29 Mart 2023

Türkiyənin "Qalatasaray" klubunun rəsmi tvitter hesabında Azərbaycana ünvanladığı təşəkkür məktubuna "Qarabağ"dan cavab gəlib. 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin tvitter səhifəsində klubun prezidenti Tahir Gözəlin fikirləri yer alıb:

"Gəlirləri zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək bu kampaniyanın acılarınızı bir az olsun yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin seçilən camiələrinin ən qısa zamanda yenidən bir araya gələcəyinə ümid edirik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı 1:2 hesabı ilə yekunlaşıb.

Xəbər xətti