"Səbail"in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə matçını dəyərləndirib. Təcrübəli forvard Gəncəyə qələbə üçün getdiklərini deyib:
"Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq".
saytlarin hazirlanmasi