"Gəncədəki oyunun çətin keçəcəyini bilirik. Lakin komanda olaraq hamımız qələbəyə köklənmişik. Səfərə qələbə üçün gedirik. "Kəpəz"in öz meydanında daha yaxşı oyun nümayiş etdirməsi bizi qorxutmur. Maksimum gücümüzü meydanda qoyacağıq ki, qalib gələk".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Samir Abdullayev deyib.
Bayıl təmsilçisinin aparıcı üzvü Misli Premyer Liqasının 28-ci turunun “Kəpəz”ə qarşı keçiriləcək görüşündən gözləntilərini bildirib. Bununla yanaşı, Abdullayev bildirib ki, "Səbail" Premyer Liqanın sonuncu pilləsində yer almamalıdır:
"Nümayiş etdirdiyimiz oyuna baxsanız, biz sonuncu pillədə olmalı deyilik. Mövsüm ərzində çox şanssızlıq yaşadıq, xallar itirdik. İndi isə bunların əvəzini çıxmalı, layiq olmadığımız yerdən uzaqlaşmalıyıq. Hansı komandanı qabaqlayacağımızı deyə bilmərəm. Ancaq inanıram ki, sonuncu pillədə yer alacaq komanda biz olmayacağıq. Ümid edirəm ki, son turdakı "Şamaxı" ilə oyuna qədər öz taleyimizi yaxşı mənada dəyişərik və həmin matçın nəticəsinə ehtiyac qalmaz".
Mirbağırağa
saytlarin hazirlanmasi