"İki dəfə "Sabah"a qalib gəlmişik, növbəti dəfə də bunu edə bilərik"

21:36 - 6 Aprel 2023

"Səbail"in hücumçusu Kizito Luvaqa komandasının Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inandığını bildirib.

Sportal.az saytına açıqlama verən anqolalı hücumçu çətin olsa da, bunu bacaracaqlarını söyləyib:

"Premyer Liqada qalmağımız çətin görünə bilər. Doğrudur, bu asan olmayacaq. Amma mən qorxmuram. Komandamıza inanıram. Bəzən bir komanda uzun müddət uğursuzluq yaşayır. Amma sonda Allah özü kömək olur".

Forvard Premyer Liqanın 29-cu turunun "Sabah"la görüşündə qələbə üçün meydanda çıxacaqlarını sözlərinə əlavə edib: "Bu mövsüm iki oyunda “Sabah”a qalib gəlmişik. Növbəti dəfə bunu edə bilərik. Yaxşı hazırlaşdığımızı düşünürəm".

Mirbağırağa

Xəbər xətti