“Səbail”in yarımmüdafiəçisi Ruslan Hacıyev ölkə xaricinə yollanmağa hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçunun Maltada legioner həyatı yaşamaq şansı daha yüksəkdir. Onunla maraqlanan klubun adı da bəllidir.
Mənbənin məlumatına görə, Hacıyev “Balzan”la anlaşmağa yaxındır. Mövsüm başa çatdıqdan sonra Hacıyevin müqavilə üçün Maltaya uçacağı gözlənilir.
“Qarabağ” yetirməsi olan 25 yaşlı futbolçu bir müddət əvvəl “Samtrediya”ya keçsə də, orada qalmaq istəməyərək geri qayıtmışdı.
saytlarin hazirlanmasi