Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 30-cu turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Səbail” oyununun II hissəsində “Səbail” klubu meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilir (maddə 52.4);
14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);
saytlarin hazirlanmasi