Braziliyalı hücumçu "Qəbələ"də qalmayacaq

17:28 - 23 Aprel 2023

Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utziq komandanı tərk edəcək.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı hücumçu "qırmızı-qaralar"da qalmayacaq. 26 yaşlı forvard klubun yeni müqavilə təklifini qəbul etmək niyyətində deyil. Başqa təklifləri olan futbolçu karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yayda verəcək.

Qeyd edək ki, Rafael Utziq 2020-ci ilin yayından "Qəbələ"də çıxış edir. "Sambaçı" bölgə klubunun heyətində meydana çıxdığı 86 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti