Kadi Borges üçün mövsüm erkən başa çatdı

17:12 - 27 Aprel 2023

Rusiyanın "Krasnodar" klubunda çıxış edən Kadi Borges uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqanın 26-cı turunun "Spartak"la matçında zədələnən braziliyalı yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Bu barədə Kadi "Sport24.ru" saytına açıqlamasında məlumat verib.

Beyin silkələnməsi yaşayan və kəllə sümüyü sınan 27 yaşlı vinger 15-20 gün reablitasiya keçəcək. Onun bərpa prosesi isə təxminən 1-2 ay çəkəcək. Futbolçu növbəti mövsümün hazırlıq prosesi zamanı komandaya qoşulacaq.

Qeyd edək ki, Kadi Borges qış transfer pəncərəsi zamanı "Qarabağ"dan "Krasnodar"a keçib. O, Rusiya klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti