Azərbaycan millisinin forvardı Mahir Emrelinin müqavilə ilə məxsus olduğu "Dinamo" Xorvatiyada növbəti çempionluğunu rəsmiləşdirdi.
Sportal.az xəbər verir ki, icarə əsasında Türkiyənin "Konyaspor" klubunda çıxış etməsinə baxmayaraq, 25 yaşlı futbolçuya da qızıl medal təqdim olunacaq.
O, mövsümün ilk yarısını "Dinamo"da keçirdiyi üçün reqlamentə əsasən qızıl medalsız qalmayacaq.
Emreli üçün bu, Xorvatiyanın ikinci qızılı olacaq.
Çünki futbolçu ötən mövsüm “Dinamo”nun heyətində çempionluq yaşamışdı.
saytlarin hazirlanmasi