Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Suvon"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.
Xallarını 21-ə yüksəldən "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi