Rusiya millisi yoxlama görüşü üçün rəqib tapıb.
Sportal.az "Спорт-экспресс"ə istinadən xəbər verir ki, Valeri Karpinin komandası Kamerunla qarşılaşacaq.
Görüş 2023-cü il iyunun 15-də Moskvada baş tuta bilər.
Rusiya millisi rəsmi beynəlxalq oyunlardan uzaqlaşdırıldığına görə, hələ də yoxlama görüşlərində qüvvəsini sınayır. Bu komandanın sonuncu yoldaşlıq görüşü mart ayında Sankt-Peterburqda İraqa qarşı olub.
saytlarin hazirlanmasi