Rusiya millisinin keçmiş baş məşqçisi Fabio Kapello "Zenit"in çalışdırıcısı Sergey Semakı tərifləyib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis “Евро-Футбол.Ру” portalına açıqlamasında rusiyalı mütəxəssisi ölkənin ən güclüsü adlandırıb:
“Bəli, hazırda Semak Rusiyanın ən güclü məşqçisidir. Onun nəticələri bunu təsdiqləyir. Hər halda, ardıcıl beş çempionluq elə-belə məsələ deyil. Sergey öz klubunda əla və böyük işlər görür”.“Zenit” Semakın rəhbərliyi altında ardıcıl 5-ci dəfə ölkə çempionu adını qazanıb. 47 yaşlı mütəxəssis 5 il əvvəl - 2018-ci ilin mayından Sankt-Peterburq klubuna rəhbərlik edir.
76 yaşlı məşqçi “Milan”, “Real”, “Roma”, “Yuventus” klubları, eyni zamanda İngiltərə və Rusiya yığmalarını çalışdırıb.
saytlarin hazirlanmasi