Azərbaycan millisinin baş məşqçi postunda dəyişilik edilməyəcək

14:34 - 19 May 2023

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda böyük ehtimalla dəyişiklik edilməyəcək.

Sportal.az saytına verilən məlumata görə, yığmanın hazırkı çalışdırıcısı Joze Alesionun öz işinə davam edəcəyi gözlənilir.

Eyni zamanda “Araz Naxçıvan”a da rəhbərlik edən braziliyalı mütəxəssislə müqavilə müddətini uzatmaq üçün danışıqlara start verilib.

Xatırladaq ki, Alesionun Azərbaycan Futzal Federasiyası ilə müqavilə müddəti mayın 31-də sona çatacaq. Yeni müqavilənin iki illik olacağı ehtimal edilir.

Xəbər xətti