"Turan Tovuz"un zədəli futbolçusunun durumu bəlli oldu

15:55 - 23 May 2023

Premyer Liqanın 35-ci turunun "Səbail"lə matçında (2:2) zədələnən "Turan Tovuz"un futbolçusu Divinie Naahın durumu bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, qanalı yarımmüdafiəçinin körpücük sümüyü ətrafında bağ zədələnib. 27 yaşlı futbolçu mövsümün son turunun "Qarabağ"la oyununda iştirak etməyəcək. Afrikalı oyunçu yeni mövsüm öncəsi təşkil olunacaq təlim-məşq toplanışına kimi sağalacaq.

Qeyd edək ki, Divinie Naah bu ilin aprel ayında "Turan Tovuz"a keçib. O, qərb bölgəsi təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti