"Fənərbaxça"nın istədiyi futbolçu klubundan ayrılacaq

16:14 - 23 May 2023

"Fənərbaxça"nın heyətinə qatmaq istədiyi Rayan Kent "Reyncers"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. Qlazqo təmsilçisi ingilis futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

"Reyncers" Rayan Kentdən başqa Skott Arfeld, Filip Helander, Allan MakQregor və Alfredo Moreloslə də yollarını ayıracağını bildirib.

Qeyd edək ki, İngiltərə mətbuatı "Fənərbaxça"nın Rayan Kentlə razılıq əldə etdiyi barədə məlumat yayıb.

Xəbər xətti