Türkiyəli forvard "Zenit"də

20:32 - 23 May 2023

"Altınordu"nun hücumçusu Emircan Gürlük karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Sportal.az "Hürriyet"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Zenit"lə müqavilə imzalayıb.

Adıçəkilən futbolçu bu yay Sankt-Peterburq klubunun düşərgəsinə qoşulacaq, növbəti mövsümdən də meydana çıxa biləcək.

Gənc hücumçu Türkiyə birinci divizionunda 29 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Zenit" mövsümün sonuna 4 tur qalmış Rusiya Premyer Liqasının titulunu təmin edib.

Xəbər xətti