Nazim Məmmədzadə "Marino de Luanko"dan ayrılıb.
Sportal.az saytına verilən məlumata görə, futbolçunun icarə müddəti artırılmayıb.
22 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Moralo”ya qayıdacağı gözlənilir. “Renova”da legioner həyatı yaşamış Məmmədzadənin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil. Futbolçunun meneceri onun üçün daha cəlbedici təkliflə yeni komanda tapmağa çalışır.
saytlarin hazirlanmasi