Millimizin üzvünün Taylanda yollanacağı tarix bəlli oldu

14:16 - 24 May 2023

Mövsümün sonunda "Qarabağ"dan ayrılacaq Ramil Şeydayev yaydan sonra "Buriram Yunayted"də oynayacaq.

Futbolçu Avropa klublarından gələn təklifləri geri çevirərək Tayland təmsilçisi ilə anlaşıb.

Milli komandamızın hücumçusunun adıçəkilən ölkəyə yollanacağı tarix məlum olub. Sportal.az saytına verilən məlumata görə, Şeydayev 9 gündən sonra Taylanda yollanacaq. "Qarabağ"ın üzvü "Buriram Yunayted"lə rəsmi müqaviləyə qol çəkəcək. Futbolçunun Asiya klubunda illik 750 min avro maaş alacağı iddia edilir.
 

Xəbər xətti