Azərbaycanlı məşqçi Rusiya ikinci liqasında işləyə bilər

14:42 - 25 May 2023

Mövsümün sonunda "Ximki" Rusiya Premyer Liqasını tərk edəcək.

Sportal.az xəbər verir ki, mövsüm başa çatmasa da, adıçəkilən klubun liqada qalmaq şansı yoxdur. "Ximki"nin yüksək liqanı tərk etməsi Nazim Süleymanovun rəhbərliyi altında gənclər liqasında çıxış edən gənclərdən ibarət komandanın (U-19) fəaliyyətini dayandırmasına səbəbolacaq.

Lakin klub rəhbərliyi ikinci liqaya nəinki əvəzediciləri, hətta başqa adla daha bir komandanı buraxmağı düşünür. Həmin komanda isə Nazim Süleymanov və onun köməkçisi Emin Ağayevə həvalə olunacaq. Dəqiq qərarı isə rəhbərlik iyunda əvvəlində verəcək.

Xəbər xətti