"Azərbaycan millisində oynamağım karyerama mənfi təsir göstərəcəksə, təklifi qəbul etməyə dəyməz"

17:05 - 25 May 2023

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Rusiya mətbuatına açıqlamasında Azərbaycan millisində çıxış etmək variantından danışıb.

Sportal.az xəbər verir ki, "Матч ТВ"yə müsahibə verən yarımmüdafiəçi millimizdə oynayıb-oynamamasının karyerasına edə biləcək təsirdən danışıb: 

"Mən Azərbaycana nə hə, nə də yox demişəm. Müzakirə edilməli olan çox şey var. Hər zaman bu sözləri eşidirəm: gözləyirik, müzakirə etməliyik. Ola bilsin ki, tezliklə bu məsələni müzakirə etdik. İstənilən halda, karyera millidə yox, klub fəaliyyəti üzərində qurulur. Mümkün keçidimi istisna etmirəm, lakin bu, mövcud vəziyyətə görə deyil. Bu barədə çoxdan danışılır. Amma başa düşsəm ki, legioner hesab edildikdən sonra RPL-də oynamaq daha çətin olacaq... Bəli, mən azərbaycanlıyam. Amma Azərbaycan millisində oynamağım klub karyerama mənfi təsir göstərəcəksə, demək ki, təklifi qəbul etməyə dəyməz. Axı klubda oynamasan, milliyə düşməyəcəksən. O zaman milliyə getməyin də mənası yox olur".

Mirbağırağa
 

Xəbər xətti