Paytaxt təmsilçisi Rusiya klubunun futbolçusunu istəyir

22:14 - 25 May 2023

"Roma" "Zenit"dən futbolçu transfer etmək istəyir.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "canavarlar" Sankt-Peterburq klubunun aparıcı üzvü Vendeli heyətinə qatmağı planlaşdırır.

Rusiya çempionu braziliyalının transferi üçün "Roma"dan 20 milyon avro tələb edir. 

25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Sportinq”dən ( Lissabon) "Zenit"ə keçmişdi. Onun Rusiya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Xəbər xətti