Millimizin üzvünün komandası yüksək liqaya çıxa bilməyəcək

10:51 - 27 May 2023

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland Erediviziyasına vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşünü keçirib. 

Sportal.az xəbər verir ki, "Eyndhoven" "Almere Siti" ilə üz-üzə gəlib. Matçda "Eyndhoven" 1:3 uduzub. Kökçünün komandası ilk oyunda 1:0 qalib gəlsə də, ümumi hesabda məğlub olaraq yüksək liqaya vəsiqə uğrunda mübarizəni dayandırıb. 

Ozancan bu matçda 90+1-ci dəqiqədə meydana daxil olub və 119-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 

Xəbər xətti