"İki aya yaxın futbol oynamayacaq. Yazılan da, deyilən də bəzən üst-üstə düşmür. Amma peşəkarlığınızın qarşısında baş əyirəm. 27 ildir baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudur, çətinliklərə öyrəşmişəm. "Səbail" camiəsinin, akademiyadakı uşaqlara görə də ürəyim ağrıyırdı. Çətin günümüzdə də birlikdə olmuşuq. Çiynimdə yük çox idi. İçimdə bir söz var, deyəcəm. "Şamaxı"nın birinci diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiz. Hamını "Şamaxı"nı Premyer Liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər üç liqada olmalıdır. Birinci dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. Son nəfəsimizə qədər, "Şamaxı"nın getməməsini istəyən ən böyük mənəm. İdman prinsipindən danışmaq tezdir. Eyni reqlament üç liqada varsa, aydındır. Amma idman prinsipi təkcə Premyer Liqadadır? "Şamaxı" çox yaxşı komandadır. Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. "Turan Tovuz" və "Kəpəz" ötən mövsüm neçənci yeri tutub gəldi? Onda idman prinsipi yada düşmürdü. "Şamaxı"nın gedişi ilə Azərbaycan futboluna ziyan vurduq. Oyunlar sayı çox olacaq. Həm hüququ, həm də idman prinsipi cəhətdən ən düzü budur".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, "Şamaxı" ilə görüşdən sonra mətbuat konfransında iştirak edib
- Çempionatda 12 komandanın olmasına qərar verəcək şəxslərdən biri keçmiş iş yoldanışınız Vaqif Sadıqovdur. Bu fikirlərinizi ona demisiz?
- İndiyə kimi çatdırmamışam. Amma bundan sonra 12 nəfərin hər birindən xahiş edə bilərəm ki, "Şamaxı"nı Premyer Liqada saxlasınlar. Hüquqi cəhətdən də sübut da edə bilərəm.
- Premyer Liqadakı yerinizi çoxdan təmin etməli deyildiz?
- "Şamaxı"nı dörd xalla qabaqladıq. Bəs deyil? Bu komandanı mən yığmamışdım. "Səbail" Premyer Liqadan çıxsaydı da, Mahmud Qurbanov yox, mən cavabdeh olacaqdım. Dəyişiklik etməyə gücümüz çatmadı. Maddi cəhətdən demirəm. Cəmi üç futbolçu götürmüşdüm. Onlar da etimadımızı doğrultdu. Birinci dövrədə "Səbail" 10 xal yığmışdı, ikinci dövrədə isə 19 xal toplamışıq. Bunu ilk dövrədə etsəydik, necə olacaqdı? Günahı kiminsə üstünə atmıram. Komandam oyun sarıdan heç kimə uduzmayıb. Yalnız fərdi səhvlər həlledici rol oynayırdı. Təsəvvür edin, "Qarabağ" 71 dəqiqə qapımıza yol tapa bilmədi. Sistemin oturuşması üçün vaxt lazımdır. O da yox idi.
- "Səbail"dəki gələcəyinizi necə görürsüz?
- Yeni gəlmişik hara gedirik? Oyundan sonra prezidentimiz Rauf Əliyev Almaniyadan zəng edərək, mənim danışdı. Yeni mövsümdən İddialı "Səbail" görəcəyik. Belə sponsorları qaçırmaq, küsdürmək olmaz. İki gündən sonra görüşümüz olacaq. Söz verirəm ki, iddialı, avrokuboklar uğrunda mübarizə aparan "Səbail" görəcəksiz.
- 5000 manatlıq mükafatın vədini aldız?
- Qabaqcadan 5 min təyin olunmuşdu, Rauf Əliyevdən xahiş etdim ki, 2 min manat da artırsın. 7000 manatlıq mükafat alacağıq.
- Klubda qalsanız, hansı futbolçular qalacaq?
- Gərək sponsorla danışım. Büdcəyə uyğun futbolçu götürəcəyik. İddialı olacağıqsa, mütləq dəyişəcəyik. 100 faiz dəyişiklik olmayacaq. 50 faizdən çox futbolçu qalacaq. Ağır da olsa, addım atmalıyıq. Bir çox futbolçu qalacaq.
- Sizcə, Qoba Zakpanın "Turan Tovuz"la oyundakı hərəkəti qeyri-etik idi, yoxsa həqiqətən şortunu düzəldirdi?
- Futbolçu adətən belə hərəkəti ya azarkeşə, ya rəqib komandaya, ya da birbaşa kameraya edir. Fikir versəniz, Zakpanın epizodunda bunların heç biri yox idi. Sadəcə emosional vəziyyətdəydi. Təbii ki, belə hərəkəti dəstəkləmirəm. Kaş, mənə qarşı edərdi. Burada bir məqsəd var idi, o da Zakpanın bu gün meydana çıxmaması, buna da nail oldular. Amma ilahi ədalət deyilən şey var. Allah böyükdür.
Mirbağırağa
saytlarin hazirlanmasi