Azərbaycan klubu cəmi iki legionerini saxlayacaq

20:45 - 31 May 2023

Premyer Liqanın 36-cı turunda "Şamaxı"ya 1:0 qalib gələrək elitadakı yerini qoruyub-saxlayan "Səbail" yeni mövsümlə bağlı addımlar atmağa hazırlaşır

Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisinin heyətində ötən mövsümdən yalnız iki legioner qalacaq.

Klub artıq Fransa və Kizito ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Ancaq klub ondan savayı, Maksim Çex, Zoba Zakpa, Petro Stasyukla işbirliyinə də son qoyacaq.

Yeni mövsüm üçün David Qomislə Franko Mazurekin komandada saxlanılacağı gözlənilir.
 

Xəbər xətti