"Arsenal" onunla müqavilə müddətini artırmağı planlaşdırır

18:18 - 3 İyun 2023

"Arsenal" Martin Odeqarı buraxmaq fikrində deyil.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “topçular” norveçli ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Artıq tərəflər arasında razılıq əldə olunub. London təmsilçisinin Odeqarla uzun müddətlik müqavilə imzalayacağı gözlənilir.

24 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti