Natan Oduva gedir, Runi Eva vaxt istəyib - "Turan Tovuz"da son durum

21:35 - 4 İyun 2023

Premyer Liqada debüt mövsümünü 6-cı pillədə başa vuran "Turan Tovuz" daxili transferdə fəaliyyətini davam etdirir. 

Qərb bölgəsi təmsilçisi aparıcı oyunçuları ilə müqaviləni uzadır. Tovuzlular bu gün Tərlan Əhmədli, Kamal Bayramov və Ayxan Quseynovla yeni sözləşmə imzalayıb.

Əsas sual doğuran məsələlərdən biri komandanın aparıcı üzvləri Natan Oduva və Runi Evanın qalıb-qalmayacağıdır.

Sportal.az saytının əldə etdiyi məlumata görə, Natan Oduva "Turan Tovuz"da qalmayacaq. İngiltərəli hücumçu böyük ehtimalla, yeni mövsümə başqa komandada başlayacaq. Onunla danışıqlarda irəliləyiş yoxdur.

Runi Eva ilə bağlı məsələ isə hələ də açıqdır. Kamerunlu hücumçu düşünmək üçün vaxt istəyib. 26 yaşlı forvard yaxın vaxtlarda öz qərarını verəcək.

Elçin Əlixan

Xəbər xətti