"Qalatasaray"da ilk ayrılıq

20:39 - 5 İyun 2023

Türkiyə çempionu olan "Qalatasaray"da ilk ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Bafetimbi Qomislə yollarını ayırıb. Bu barədə fransalı hücumçu özü məlumat verib. Qomisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Qalatasaray" Bafetimbi Qomisi ötən ilin fevral ayında "Əl Hilal"dan transfer etmişdi. 37 yaşlı forvard cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti