"Seçimimi Türkiyə klubundan yana etmək istəyirəm, dil problemi də olmayacaq"

11:20 - 7 İyun 2023

"Türkiyə və Polşadan variantlar var. Amma hələ ki, gözləyirəm. Dəqiqləşəndən sonra bu haqda danışmaq olar. Bu işlə menecer məşğuldur. Hər şey həll olunsa, fikrim var ki, xaricə gedim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ruslan Hacıyev deyib. "Səbail"in 25 yaşlı futbolçusu yeni mövsümdən legioner həyatı yaşaya bilər. "Qarabağ" yetirməsi olan yarımmüdafiəçinin Polşanın "Zaqlembe Sosnovieç" və Türkiyənin "Eyüpspor"la "Boluspor" klublarından birinə keçmək ehtimalı var. Hacıyev seçimini Türkiyədən yana etmək fikrində olduğunu deyib:

"Seçimimi Türkiyə klubundan yana etmək istəyirəm. Orada oynamaq mənim üçün də maraqlıdır. Həm dil baxımından problem olmayacaq, həm də Türkiyə çempionatlarını özümə uyğun sayıram".

Mirbağırağa

Xəbər xətti