"Səbail" növbəti transferini açıqladı

18:55 - 8 İyun 2023

"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq "Sumqayıt"da çıxış etmiş Rüfət Abdullazadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev və Süleyman Əhmədovu da transfer edib.

Xəbər xətti