"Səbail" müdafiəçisi ilə yollarını ayırdı

13:29 - 9 İyun 2023

Premyer Liqanı 9-cu pillədə başa vuran "Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Turan Manafovla yollarını ayırmaq barədə qərar qəbul edib. 24 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, Turan Manafov başa çatan mövsümdə "Səbail"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti